MY-nin futbolçusu koronavirusa qalib gəldi
- 03 Noy 2020 17:44
- 566
“Mançester Yunayted”də bir müddət əvvəl koronavirusa yoluxan Aleks Telles sağalıb.
Rekord.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar-Sulşer yerli mətbuata açıqlamasında deyib.
O, Tellesin son koronavirus testinin mənfi çıxdığını və müdafiəçinin komanda ilə məşqlərə qoşulduğunu bildirib.
Tellesin oktyabrın 29-da verdiyi koronavirus testi müsbət çıxmışdı.