İngiltərənin “Haddersfild” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Çempionşip təmsilçisi “Mançester Yunayted”dən Joel Pereyranı heyətinə qatıb.

Bu barədə “Haddersfild”in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı qapıçı 2020/21 mövsümünü icarə əsasında Çempionşip klubunda keçirəcək.

“Mançester Yunayted”in yetirməsi olan portuqal qapıçı “qırmızı şeytanlar”ın əsas komandasıyla 1 oyuna çıxıb.