Türkiyə çempionu “Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, İstanbul klubu Lion “Olimpik”inin müdafiəçisi Rafaeli transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı braziliyalı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi yeni komandasında “4” nömrəli formanı geyinəcək.

“Fluminense”nin yetirməsi olan Rafael peşəkar karyerasına 2008-ci ildə İngiltərənin “Mançester Yunayted” klubunda başlayıb və 2015-ci ilə qədər bu komandada 100-dən çox oyuna çıxıb. 2015-ci ildən isə o, Fransa klubunun uğurları üçün çalışırdı. Təcrübəli futbolçu Braziliya yığmasında da 2 oyuna çıxıb.