Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq sözügedən klub seneqallı hücumçu Mame Diufu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb.

Seneqal yığmasının da üzvü olan futbolçu, 2014-cü ildən bəri “Stok Siti”nin uğurları üçün çalışırdı. O, daha öncə “Hannover”, “Blekbern”, “Molde”, “Mançester Yunayted” və “Diaraf” kimi klublarda da forma geyinib.