İngiltərə Premyer Liqasına vəsiqə qazanmış "Luton Taun" heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, debütant "Mançester Yunayted"nin yetirməsi Tahit Çonqla müqavilə imzalayıb.

“Birmingem Siti”dən transfer olunan 24 yaşlı vingerin sözləşməsinin detalları açıqlanmayıb. Klub onun transferi üçün 4,7 milyon avrosundan keçib.

Çonq ötən mövsüm "Birmingem"in heyətində meydana çıxdığı 41 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.