“Real"ın sabiq müdafiəçisi Naçonun yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanının "Əl-Kadisiya" klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun saytı məlumat yayıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Naço 2011-ci ildən Madrid klubunun əsas komandasnda oynayırdı. Naço “Real”la birlikdə 4 dəfə La Liqanın, 6 dəfə Çempionlar Liqasının qalibi, 5 dəfə klublararası dünya çempionatının qalibi olub.