Nağıyev oynadı, komandası 7 qola sevindi
- 12 Sen 2020 10:30
- 588
Futbol üzrə Moldova çempionatında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Kodru Lozova” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 7:0.
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
9 turdan sonra 13 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.