Nağıyev oynadı, komandası darmadağına üzüldü
- 27 İyl 2020 11:40
- 616
Futbol üzrə Moldova çempionatında 6-cı turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə lider Tiraspol “Şerif”i ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:6.
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
6 turdan sonra 9 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.