Futbol üzrə Moldova çempionatında 3-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Buyukani” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

Üç turdan sonra 6 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.