
Nağıyevin komandası evdə xal itirdi
- 2023-05-26 11:30
- 74
Futbol üzrə Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Metallist”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Nağıyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“İnqulets” hazırda 28 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.