Nağıyevin komandası Kiyev “Dinamo”sunu 1/4 finala buraxmadı
- 28 Sen 2023 18:30
- 278
Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası “Obolon” da növbəti matçına çıxıb.
Sözügedən komanda bu mərhələdə Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. 1:0 hesablı qələbəyə sevinən “Obolon” 1/4 finala yüksəlib.
Dmitri bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.