Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçular arasında keçirilən yarışın üçüncü oyun günü Özbəkistan təmsilçiləri üçün uğurlu olub. Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmalarda aşağdıka nəticələr qeydə alınıb.
Əndican (UZB) 3:0 Qarabağ (AZE)
Araz Naxçıvan (AZE) 0:4 Qaraqalpakstan (UZB)
Sabah 4-cü turun qarşılamalarına start veriləcək. İlk oyunda "Araz-Naxçıvan" maksimum nəticə ilə çempionluğa addımlayan "Əndican"la qarşılaşacaq. "Rekord" isə digər təmsilçimiz "Qarabağ"la üz-üzə gələcək.
Qeyd edək ki, oktyabrın 18-i sonuncu turun görüşləri ilə turnirin mükafatçıları bəlli olacaq. Oyunlar Naxçıvan şəhərindəki
Muxtar Respublika Stadionunda baş tutacaq.