"Keşlə"nin qapıçısı Stanislav Namaşko baş məşqçi Tərlan Əhmədovu çətin vəziyyətdə qoyub.

Rekord.az xəbər verir ki, moldovalı qapıçı koronavirus səbsəbindən vətəninə gedib və hazırda da ordadır.

Azərbaycanda isə klublar mayın 5-dən məşqləri bərpa edə bilərlər. Moldovada isə karantin müddəti mayın 11-də başa çatacaq. Yəni qapıçı ən yaxşı halda mayın 12-dən sonra Bakıya gələ biləcək. O da Moldova hökumətinin ölkə xaricinə səfərlərlə bağlı qərarlarından asılı olacaq. Dəqiq olan odur ki, Namaşko "Keşlə"yə ən azı 1 həftə gec qoşulacaq. Bu isə Tərlan Əhmədovu narahat etməyə bilməz. Çünki Namaşko komandanın əsas qapıçısıdır.