Namaşkonun maaşı azaldılacaq?
- 03 İyn 2021 11:24
- 679
“Əksər oyunçularımıza yeni təklif göndərmişik. Klubda büdcə azaldılıb. Ona görə addımımızı buna uyğun atırıq”.
Rekord.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.
Transfer məsələlərindən danışan çalışdırıcı ölkə xaricindən bir neçə futbolçu ilə maraqlandıqlarını bildirib: “Hazırda seleksiya işləri davam edir, əcnəbi futbolçularla maraqlanırıq. Büdcəmizə uyğun olan futbolçuları komandamıza dəvət edəcəyik. Rəhman Hacıyev, Turan Vəlizadə və Elçin Mustafayevlə isə icarə müqaviləsi uzadılıb".
S.Qurbanov bu ay “Keşlə” ilə müqaviləsi başa çatan Stanislav Namaşko ilə də danışıqların davam etdiyini vurğulayıb. O, moldovalı qapıçı ilə böyük ölçüdə razılıq əldə edildiyini deyib: “Namaşko ilə danışıqlar gedir, 90 faiz razılıq əldə olunub. Millidən qayıdandan sonra dəqiq qərar veriləcək. Ona verilən maaşla razılaşsa, müqavilə bağlanacaq”.