Futbol üzrə Azərbaycan millisinin üzvü Namik Ələskərov TFF 1-ci liqada mövsümün sonuncu – 38-ci turunda meydana çıxmayacaq.

Rekord.az xəbər verir ki, “Bursaspor”un son məşqlərinə qatılmayan yarımmüdafiəçinin “Menemenspor”la oyunu buraxması gözlənilir.

Namiklə yanaşı, komandadakı digər legionerlər və bir çox əsas heyət üzvü də mövsümün son matçını buraxacaq. Bursa təmsilçisinin meydana əsasən U-19 və U-17 komandasının futbolçularından ibarət heyətlə çıxacağı gözlənilir.

Namik Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub aşağı liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə yollar ayrılacaq.