“Neftçi”dən “Bursaspor”a keçən Namik Ələskərov yeni komandada ilk məşqinə çıxıb.

Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bursa təmsilçisinin 1-ci liqanın ilk turunda “Adanaspor”a qarşı keçirəcəyi oyundan öncə son hazırlığında iştirak edib.

Namik “Bursaspor”da 7 nörməli formada mübarizə aparacaq.

“Bursaspor” – “Adanaspor” matçına bu gün Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.