Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, Türkiyənin “Bursaspor” klubunun futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün hər şeyi edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.