"Azarkeşlərə mesajım budur: Həmişəki kimi arxamızda olun".

Rekord.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin "Bursaspor"da çıxış edən üzvü Namik Ələskərov "Bursaspor" junalına açıqlamasında deyib.

O, azarkeşlərə səslənərək, dəstək gözlədiklərini, Super Liqaya vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacaqlarını söyləyib:

"Məlumdu ki, çətin dövrdən keçirik və belə zamanlarda ən çox onların dəstəyinə ehtiyacımız var. İnanın, biz də Super Liqaya vəsiqə qazanıb, azarkeşlərimizi sevindirməyi çox istəyirik. Bir şeyə tam əmin olsunlar, bunun üçün sona qədər döyüşəcəyik. Hər şey "Bursaspor" üçün!"

Qeyd edək ki, "Bursaspor" 1-ci  Liqada 20 oyundan sonra 20 xal toplayıb və 19 komanda arasında 17-cidir.