“Bursaspor” klubunda forma geyinən azərbaycanlı futbolçu Namik Ələskərov Türkiyə 1-ci liqasının 2-ci turunun “Ərzurumspor”la matçını buraxacaq.

Rekord.az xəbər verir ki, buna səbəb Bursa təmsilçisinin 26 yaşlı yarımmüdafiəçini sifariş edə bilməməsidir.

Namik “Ərzurumspor”la matç üçün səfərə aparılsa da, meydana çıxa bilməyəcək.

Bu gün keçiriləcək “Ərzurumspor” – “Bursaspor” matçı Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.