Məlum olduğu kimi, Namiq Ələskərovun formasını geyindiyi "Bursaspor" I liqanı tərk edərək, II liqaya yuvarlanıb.

Rekord.az xəbər verir ki, bundan sonra həmyerlimiz Bursa təmsilçisindən ayrılmalı olacaq.

İş ondadır ki, Türkiyədə II liqada legioner oynamasına icazə verilmir. Namikin bundan sonra karyerasını harada davam etdirəcəyi hələlik bilinmir.