Namiq Ələskərov "Bursaspor"dan ayrıla bilər. 


Rekord.az xəbər verir ki, sözügedən klubda heç cürə möhkəmlənə bilməyən Ələskərov bu gedişlə Bursada qalmaq istəmir.


Əldə etdiyimiz məlumata Türkiyədən ayrılacağı təqdirdə futbolçu yenidən "Neftçi"yə qayıda bilər. Deyilənə görə, aradakı narazılığa baxmayaraq, "Neftçi" tərəfi də yenidən Namiqi heyətinə qatmaqda maraqlıdır.