«Bursaspor»un formasını geyinən Namiq Ələsgərov 3 yeni təklif alıb.

Rekord.az xəbər verir ki, avqustda «Neftçi»ni «yaşıl timsahlar»a dəyişən yarımmüdafiəçiyə dəvət göndərənlərin hamısı elə Türkiyə təmsilçiləridir.

Millimizin üzvü ilə təmasa keçənlərdən 1-i Super Liqa, digərləri isə TFF I Liqa klublarıdır.

Yayda «Bursaspor»la 2+1 illik müqavilə imzalamış Ələsgərov cari mövsüm 2 qol vurub, 4 məhsuldar ötürmə verib.(sportinfo.az)