Futzal üzrə Azərbaycan millisinin üzvü Namiq Məmmədkərimov yığma komandamızdakı karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, bu gün keçirilmiş Slovakiya – Azərbaycan oyunundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandada karyerasını başa vuran Namiq Məmmdəkərimova komandanın formasını hədiyyə edib.