“İnter”in İtaliya kubokunun yarımfinal mərhələsindəki “Napoli” ilə cavab matçı təxirə salına bilər.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Təxirə salınmaya səbəb, İtaliyada koronavirus epidemiyasının yayılmasıdır.

Matçın azarkeşsiz keçirilməsi də düşünülür. Ancaq “Napoli”nin prezidenti Auerlio De Laurentis bu fikirlə razı deyil və görüşün təxirə salınmasının tərəfdarıdır.

“Napoli” – “İnter” matçının keçirilməsi sabaha nəzərdə tutulub. Komandalar arasındakı ilk matçda “Napoli” 1:0 hesablı qələbə qazanıb.

İtaliya kubokunun yarımfinalının digər matçı – “Yuventus” – “Milan” oyunu da təxirə salınıb.