Belçika millisinin hücumçusu Romelu Lukakunun yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu İtaliyanın "Napoli" klubu ilə anlaşıb.

O, 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq. İtaliya klubu bu transferi 30 milyon avroya rəsmiləşdirib.

Son mövsümü icarə əsasında "Roma"da keçirən Lukaku 47 oyunda 21 qol vurub.