"Napoli" məşqlərə başlayır
- 21 Mar 2020 16:00
- 784
"Napoli" koronavirus pandemiyasının yayılmasına baxmayaraq, məşqləri bərpa edir.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriya təmsilçisi martın 25-dən hazırlıqlara başlayacaq.
Bildirilir ki, "Napoli"dən başqa "Latsio" da aprelin 4-dən məşqlərini bərpa etmək istəyir.
Qeyd edək ki, İtaliyada çempionat dayandırılıb. Ölkədə 47 min nəfərdən çox insan virusa yoluxub, 4000-dən çox insan bu xəstəlikdən dünyasını dəyişib.