“Napoli”nin prezidenti Auerelio De Laurentis sıx təqvimə görə UEFA və FİFA-nı tənqdi edəm “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı dəstəkləyib.

Rekord.az xəbər verir ki, klub rəhbəri şəxsi Tvitter səhifəsində bu barədə yazıb: “Qvardiolanın sözləri ilə tam razıyam. Milli çempionatlar və onların azarkeşlərinə laqeyd yanaşmaq olmaz.  Qvardiola əslində “Oyun çoxdur, UEFA və FİFA futbolçuları öldürür” deyir.

Futbola gəldiyimdən bəri bu barədə danışıram. Nəhayət ağıllı və məsuliyyətli bir adam ortaya çıxdı. Təşəkkür edirəm Qvardiola”.