İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Neapol təmsilçisi “İnter”dən Matteo Politanonu icarə əsasında heyətinə qatıb.

Bu barədə “Napoli”nin rəsmi saytı məlumat yayıb. İtalyan yarımmüdafiəçi ilə 2 illik icarə müqaviləsi imzalanıb.

“Napoli” icarə müqaviləsi bitdikdən sonra Politanonun transfer hüquqlarına sahib ola bilər.

“Roma”nın yetirməsi olan Politano, bu mövsüm A Seriyasında “İnter”lə 11 oyunda iştirak edib.