“Napoli”də ayrılıq
- 31 Dek 2024 17:30
- 93
Portuqaliya millisinin sabiq üzvü Mario Rui "Napoli"dən ayrılıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qış transfer pəncərəsi zamanı Mario azad agent olacaq.
Mario Rui 2018-ci ildən "Napoli"də oynayırdı. O, bu mövsüm Neapol klubunda heç bir görüşdə meydana çıxmayıb.