İtaliya çempionu “Napoli” növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Neapol klubu “Braqantino”nun braziliyalı mərkəz müdafiəçisi Natanı heyətinə qatıb.

22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Napoli” bu transfer müqabilində “Braqantino”ya 10 milyon avro ödəyəcək.

Müdafiəçi “Braqantino”ya qədər “Flamenqo”da da çıxış edib.