İtaliyanın “Napoli” klubunun futbolçusu Xalidu Kulibali koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat verib.

Xəbərdə futbolçunun özünü yaxşı hiss etdiyi, buna baxmayaraq, qaydalara uyğun karantinə alındığı diqqətə çatdırılıb.

Ötən gün “Napoli”nin daha bir futbolçusu – Fauzi Qulamın da COVİD-19 testinin müsbət çıxdığı açıqlanmışdı.