"Napoli"nin müdafiəçisi Natan icarə əsasında "Betis"ə keçib.

Rekord.az xəbər verir ki, bu barədə Seviliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Klub 23 yaşlı braziliyalı oyunçunu bu mövsümün sonunda birdəfəlik ala bilər.

Natan 2023-cü ilin yayından "Napoli"də oynayırdı. O, Neapol klubunun heyətində 21 oyuna çıxıb və 1 qol ötürməsi verib.