“Napoli”nin futbolçusu Fransa klubunda
- 22 Yan 2021 18:15
- 590
İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik karyerasını Fransada davam etdirəcək.
Rekord.az xəbər verir ki, Marsel “Olimpik”i 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb.
Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Miliklə 2022-ci ilin yayınadək nəzərdə tutulan icarə müqaviləsi imzalanıb. Futbolçunun müqaviləsində transfer hüquqlarını satın almaq bəndi də var.