“Napoli”nin futbolçusu Xalidu Kulibali sıradan çıxıb.

Rekord.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb. 

Xəbərdə, A Seriyasının 16-cı turunun “Parma” ilə matçında zədələnən seneqallı müdafiəçinin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

“Napoli” “Parma”ya 1:2 hesabıyla məğlub olmuşdu.