“Napoli”nin hücumçusunda koronavirus aşkarlandı
- 01 Yan 2021 22:00
- 560
İtaliyanın “Napoli” klubunun hücumçusu Viktor Osimhen koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ölkəsindən qayıdan nigeriyalı futbolçu İtaliyaya qayıtdıqdan sonra COVİD-19 testi verib. Nəticə pozitiv çıxdığı üçün futbolçu dərhal karantinə alınıb.
Osimhenin digər komanda yoldaşları ilə təmasda olmadığı diqqətə çatdırılıb.