"Napoli"nin kapitanı sağaldı
- 05 Noy 2020 13:46
- 687
"Napoli"nin kapitanı Lorenzo İnsinye zədəsini sağaldıb.
Rekord.az "Football İtalia"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komanda ilə ümumi məşqlərə başlayıb.
Onun adının Avroliqanın qrup mərhələsinin 3-cü turunda "Riyeka" ilə oyun üçün iştirak ərizəsinə daxil edildiyi bildirilib.
Qeyd edək ki, İnsinye bu mövsüm 3 matçda 2 qol vurub.