İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio de Laurentis koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Neapol təmsilçisinin rəhbərindən ötən gün götürülən koronavirus testi pozitiv nəticələnib. 71 yaşlı prezident karantinə alınıb və xüsusi nəzarətə götürülüb.