İtaliyanın “Napoli” klubunun müdafiəçisi Kostas Manolas zədəsini sağaldıb.

Rekord.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yunanıstan millisinin də formasını geyinən təcrübəli futbolçu artıq komanda ilə birgə məşqlərə də başlayıb. Lakin onun iyunun 17-də keçiriləcək İtaliya kubokunun “Yuventus”la final matçına yetişməsi imkansız hesab olunur.

Qeyd edək ki, Manolas mayın 14-də məşq zamanı zədələnmişdi.