Almaniyanın “Bayern” komandasının baş məşqçisi Yulian Naqelsman koronavirusdan sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı mütəxəssisin artıq komandanın düşərgəsinə qayıtdığı qeyd olunub. Naqelsman bu gün “Benfika”a (Portuqaliya) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda iş başında olacaq.

Naqelsman oktyabrın 20-də "Benfika"nı 4:0 hesabı ilə məğlub etdikləri 3-cü tur matçında məhz xəstə olduğu üçün iştirak edə bilməmişdi.