Almaniyanın “Leyptsiq” klubunun baş məşqçisi Yulian Naqelsmann futbol üzrə UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, o, komandasını bu turnirin yarımfinalına çıxaran ən gənc baş məşqçi olub.

Alman məşqçi bu rekorda ötən gecə ÇL-in 1/4 finalında “Atletiko”ya 2:1 hesabıyla qalib gəldikləri oyunda imza atıb. Naqelsmann 33 yaş 21 günlüyündə buna nail olub.

Əvvəlki rekord Didye Deşama məxsus idi. Hazırda Fransa millisini çalışdıran Deşam 2003/04 mövsümündə “Monako”nu yarımfinala çıxaranda 35 yaşında olub.

Bundan başqa, “Leyptsiq” turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmağı bacaran ən gənc klub olub. 2009-cu ildə yaradılan Almaniya klubu, bu uğura 11-ci ilində nail olub.

Qeyd edək ki, “Leyptsiq” yarımfinalda PSJ ilə qərşılaşacaq. Görüş avqustun 18-də keçiriləcək.