Almaniyanın "Leyptsiq" klubunun direktoru Oliver Minçlaff baş məşqçi Yulian Naqelsmannın  komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, klub rəsmisi Almaniya mətbuatında gənc mütəxəssisin Dortmund "Borussiya"sına keçəcəyi haqda yayılan xəbərlərə belə reaksiya verib:

"Sizə təkcə onu deyə bilərəm ki, Yulian komandamıza rəhbərlik edir və o, gələn mövsüm də bizimlə birgə olacaq. Naqelsmann əla bir komanda yaradıb. O, özünü bu klubda çox yaxşı hiss edir. Hələ çantasını yığmağa hazırlaşmır, bundan narahat deyilik" - deyə Minçlaff "Bild"ə açıqlamasında bildirib.

Qeyd edək ki, 35 yaşlı Naqelsmannın "Leyptsiq"lə 2023-cü ilin yayına qədər müqaviləsi var.