"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann hücumçu Robert Levandovskinin Münhen klubundan mümkün gedişi haqda fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, gənc çalışdırıcı Almaniya mətbuatına açıqlamasında deyib:

“Bu, itki olardı, amma onun klubla 2023-cü ilə qədər müqaviləsi var. Levandovskinin müqaviləni yeniləməməsinə münasibətim necədir? Bu, gələn mövsüm Roberti əvəz edə biləcək yeni hücumçu axtarmaq üçün stimuldur”.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 50 qol vurub, 7 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir. O, kluba yeni müqavilə bağlamaq istəmədiyini bildirib.