Narkotik satan məşhur klubun sabiq futbolçusu həbs olundu
- 19 Mar 2021 16:00
- 585
"Real" və "Sevilya"ının sabiq futbolçusu Karlos Aranda saxlanılıb.
Rekord.az xəbər verir ki, 41 yaşlı veteran hücumçu narkotik maddələrin qanunsuz dövriyəsində və sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.
Malaqa hüquq-mühafizə orqanları Arandanın ev şəraitində marixuana yetişdirməklə məşğul olan cinayətkar şəbəkə ilə əlaqədə olduğunu iddia edir.
Bir neçə bölgədə aparılmış istintaq axtarışları nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Axtarışlar zamanı 700 marixuana bitkisi, təqribən 20 min avro pul, 6 maşın, kompüter avadanlığı, mobil telefonlar və müxtəlif sənədlər ələ keçirilib.
Karlos Arandanın adı 2019-cu ildə danışılmış oyunlarda hallanıb.