Məlum olduğu kimi, ötən mövsümü "Turan Tovuz"da keçirən Natan Oduva bu yaxınlarda "Araz Naxçıvan"la müqavilə bağlayıb.

Rekord.az-a daxil olan məlumata görə, Oduvanın Naxçıvan klubuna keçməsini klubun yeni rəhbəri Zaur Axundov istəyib.

Lakin futbolçu özü Türkiyədə oynamaq istədiyindən bu təklifə cavabı xeyli yubadıb. Deyilənə görə, Oduva 1 aya yaxındır ki, Türkiyədə klub axtarışında olub. Lakin əlaqəyə keçdiyi klublardan heç biri istədiyi məbləği ona verməyib. Vəziyyəti belə görən Oduva yenidən Azərbaycana qayıtmağa razı olub. Əldə etdiyimiz məlumata görə, futbolçu "Araz Naxçıvan"da təxminən "Turan Tovuz"da aldığı qədər maaş alacaq.