Navasla rəqabətindən danışdı
- 24 Avq 2021 17:20
- 483
PSJ-nin yeni transferi Canluici Donnarumma Paris klubuna gəlişindən və komanda yoldaşı Keylor Navasla rəqabətindən danışıb.
Rekord.az xəbər verir ki, 22 yaşlı qapıçı GFFN-ə açıqlamasında deyib:
"PSJ mənimlə əlaqə saxladı və transfer etmək istədi. Mən də PSJ-yə keçməyi seçdim. Rəqabət məni qorxutmur. Keylor Navas əla qapıçıdır. Amma mən də oynamaq üçün buradayam. Rəqabət ikimiz üçün də xeyirlidir, inkişaf etməyimə imkan verəcək. Biz Navasla dostuq. Mən dünyanın ən yaxşı qapıçılarından biri olmaq istəyirəm. Bunun üçün nə isə qurban verməli, çox çalışmalı və təvazökar olmalısan".
Qeyd edək ki, Navas 2019-cu ildən PSJ-də çıxış edir.