Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.


Rekord.az xəbər verir ki, qurum bu addımı öz ərizəsi əsasında atıb və ləğv olunub.


Naxçıvanda federasiyanın bölməsinin yaradılacağı gözlənilir.


Qurum 2002-ci ildə yaradılmışdı və sədri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev idi.