Gənc boksçular arasında Azərbaycan birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandanın 227 idmançısının iştirakı ilə Boks Mərkəzində reallaşan yarışda muxtar respublika Naxçıvan Boks Federasiyasının 2 məşqçi, 1 hakim və 6 idmançısı ilə təmsil olunub. Təmsilçilərimizdən ikisi mükafatçılar sırasına daxil olub.

Son vaxtlar uğurlu nəticələri ilə diqqət çəkən Elbrus Kərimli 57 kq çəki dərəcəsində gümüş, Ayxan Heydərov isə 60 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.