“Naxçıvan” klubu daha bir basketbolçu ilə müqavilə bağlayıb.

Rekord.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın U-16 və U-18 millilərində çıxış edən Papuna Kirtadze ilə razılıq əldə olunub.

184 sm boya malik 23 yaşlı basketbolçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan Kutaisi Akaki Tsereteli Dövlət Universitetinin komandasında çıxış edib.

Naxçıvan klubu bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins və Ahmet Karaçelik ilə müqavilə imzalayıb.