![photo](https://www.rekord.az/storage/uploads/4/orxan-17.jpg)
Naxçıvan futbolu yeni qalmaqalın astanasında: bizi saymırlar
- 10 İyl 2023 13:00
- 635
Naxçıvan futbolu yeni qalmqalın astanasındadır.
Rekord.az-a daxil olan məlumata görə, bir qrup naxçıvanlı futbol veteranı klubun apardığı siyasətdən və seçimdən kəskin şəkildə narazıdır.
Narazılığın əsas səbəbi isə həmin futbol adamlarına olan hörmətsizlikdi. Elə veteranların keçrdiyi son təsis yığıncağı da bununla bağlı idi. Narazılığın səbəbinə gəlincə, əsas səbəb naxçıvanlı futbol veteranlarının "Araz Naxçıvan"a yaxın buraxılmaması, onların xidmətlərindən istifadə olunmamasıdır. Bu haqda saytımıza açıqlamasında veteran qapıçı Orxan Mirzəyev məlumat verib: "Bizim heç kiminlə düşmənçiliyimiz yoxdur. Amma sanki bizə qarşı düşmənçilik edirlər. Bu gün Naxçıvan futbolunun veteranları "Araz Naxçıvan"dan kənarda qalıb. Mən özüm "Bakı" kimi klubda oynamışam, çempion olmuşam. Yalnız Sakit Rzayevin ciddi səyləri nəticəsində mənimlə İbrahim Mirzəyevə akademiyada iş verdilər. Heç özümü demirəm, Naxçıvan futbolunda iz qoymuş şəxslər var, Canpolad Həsənov, İlham Məmmədov, Bilal Nağıyev. Bu gün onlara qarşı da böyük hörmətsizlik var, onları da saymırlar. Bu insanlar Naxçıvan futbolunun simalarıdı, niyə onlar "Araz Naxçıvan"da işləmir, amma kənardan gəlib Naxçıvan futbolun aid olmayan insanlar işləyir. Mən çox istərdim ki, bu məsələ işıqlndırılsın, Naxçıvanın futbol veteranlarına qarşı olan hörmətsizliyi, diqqətsizliyi hamı bilsin".