"Naxçıvan" komandası heyətini daha bir basketbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Naxçıvan təmsilçisi Mules Tomasla mövsümün sonuna qədər müqavilə imzalayıb. 201 sm boya malik 27 yaşlı basketbolçu son olaraq Avstraliyanın “Vindim” klubunun şərəfini qoruyub.


"Naxçıvan" bu gün amerikalı basketbolçu Jaja Deyvislə anlaşdığını açıqlamışdı.